TROPİK SİKLON

tropik enliklərdə atmosferin alçaq təzyiq olan sahələrində baş verən çox güclü hava burulğanıdır. T.s.-ları ilin yay yarımilində tropik hava kütləsi ekvatordan ən çox uzaqlaşanda Filippin adaları və Cən. Çin dənizi, Benqalə körfəzi və Ərəbistan dənizi, Karib dənizi və Böyük Antil adaları; Cən. yarımkürəsində isə Hind okeanında Maskaren adaları və Sakit okeanda Yeni Gebrid-Samoa adaları üzərində, yəni ümumiyyətlə 10-150 şm. e. və c. e. arasında əmələ gəlir. T.s. mülayim enliklərin siklonlarından kiçik ölçüdə və barik qradiyentin xeyli böyük (buna görə də küləyin sürəti 9-12 ball) olması, göy gurlaması və gur yağışları ilə fərqlənir. T. s. tropiklərdə şimal-qərb istiqaməti alaraq 10-15 km/saat sürəti ilə hərəkət edir. 25-300 enliklərdə, mülayim enliklərə keçdikdə onlar öz istiqamətini dəyişir və şimal-şərqə doğru hərəkət edir. T.s. Çində tayfun, Hindistanda siklon, Vest-indiyada burağan adlanır.
TROPİK QURŞAQLAR
TROPİK ZONA
OBASTAN VİKİ
Tropik siklon
Tropik siklon (yun. "kiklon" — fırlanan) — güclü, diametri 3000 km-dək və daha böyük olan alçaq təziqli (mərkəzində minimal) atmosfer burulğanıdır. Şimal yarımkürəsində onlar saat əqrəbinin əksi istiqamətində,Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində fırlanır. Siklonun mərkəzində küləkli, rütubətli, buludlu və yağışlı hava xarakterikdir. Siklonlar başlıca olaraq Yer kürəsinin aşağıda ki, bölgələrində baş verir: Şimali Atlantikada,Şimali Amerikanın şərq sahilləri yaxınlığında və İslandiyada. Sakit okeanın şimalnda-Asiyanın şərq sahilləri yaxınlığında və Aleut adaları yaxınlığında. Atlantik okeanının cənub hissəsində. Hadir hallarda, başlıca olaraq qışda. Hind okeanında müşahidə olunan siklonlar əslində musson mənşəlidir və fərqli təsnifatı aparılır. Antisiklon yüksək atmosfer təziqi sahəsinə deyilir, maksimum mərkəzdə olur, diametri bir neçə min kilometrə çatır.
Siklon
Siklon (q.yun. κυκλῶν - "fırlanan") — mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir. Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000–3000 km-ə çatır.Siklonlar 2 tipə-tropikdən kənar və tropik siklonlara bölünür.Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər.Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur.Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır.Siklonların hərəkət sürəti 30–40 km/saat və ya 700–900 km/sutka təşkil edir.Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir.Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır,bulud əmələ gətirir,yayıldığı ərazilərdə küləkli,rütubətli və yağmurlu hava müşahidə edilir. Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir.Tropik siklonlar əsasən 5-20° şm.və cən.enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb,cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər.Tropik siklonların diametri cəmi 100–300 km olur.Barik qradiyentin xeyli böyük olması ilə əlaqədar küləyin sürəti 70–75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur.Tropik siklonlar göy guruldaması,ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir.Maraqlıdır ki,tropik siklonun mərkəzi hissəsində diametri 20–50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki,həmin sahəyə "fırtına gözü" deyilir. Tropik siklon suda güclü dalğalanma,quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur.Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir. Tropik siklonlar Filippin adaları və Cənubi Çin dənizində, Benqal körfəzində, Ərəbistan dənizində, Karib dənizində, Böyük Antil adalarında, Hind okeanında - Maskaren adalarında, Sakit okeanda - Yeni Hibrid və Samoa adalarında müşahidə edilir.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Subtropik siklon
Subtropik siklon — həm tropik, həm də ekstropropik siklon xüsusiyyətlərinə malik bir hava sistemi. Hələ XX əsrin ortalarında belə siklonların xüsusiyyətləri və təsnifatı ilə bağlı müxtəlif fikirlər mövcud idi. ABŞ-nin Milli qasırğa mərkəzi onları 1972-ci ildə tanımağa başladı, eyni zamanda subtropik siklonlar Atlantik və Cənub-Şərqi Hindistan Okeanlarındakı tropik siklonların rəsmi siyahılarından ad almağa başladı. Subtropik siklonun bir az fərqli iki rəsmi tərifi var. Atlantik və Hind okeanında mərkəzə nisbətən yaxın bir mərkəzi konveksiya zonası olmalı və orta troposferdə isti bir nüvəni təşkil etməlidirlər. Şimali Sakit Okeanda bir siklon qərb küləyinin əsas kəmərindən ayrıla bilər və səthdə nisbətən zəif dövriyyəyə malikdir. Subtropik siklonlar ümumiyyətlə geniş bir ərazidə güclü küləklərə sahibdir, maksimum sürət küləkləri tropik siklonlardan mərkəzdən daha uzaqda yerləşir və mərkəzi zona ilə əlaqəli atmosfer cəbhələri yoxdur. Subtropik siklonlar, tropiklər üçün tipik olmayan soyuq bir nüvəyə sahib olan ekstraktropiklərdən yaranır, buna görə də temperatur onları saxlamaq üçün kifayətdir, tropik siklonlara nisbətən təxminən 3 °C, yəni təxminən 23 °C subtropik siklonlar daha çox normal qasırğa mövsümü xaricində meydana gəlir. Тропические циклоны Раздел ЧаВо на noaa.gov. (ing.) Субтропический циклон.
Tropik dalğa
Tropik dalğalar, şərq dalğaları və ya Atlantik bölgəsində Afrika şərq dalğaları kimi tanınan tropik şərq dalğaları atmosfer çöküntüsüdür - şimaldan cənuba yönəldilmiş nisbətən aşağı hava təzyiqinin uzanmış bir növüdür və tropiklərin şərqdən qərbinə bulud və göy gurultulu leysan hərəkət edir. Qərbdə hərəkət edən dalğalar subtropik və tropiklərdə frontal bölgələrin quyruq ucundan meydana gələ bilər və şərq dalğaları kimi istinad edilə bilər, lakin bu dalğalar yanlış tropik dalğalar adlanır; onlar tamamilə tropik dalğalar ilə bir çox xüsusiyyətləri bölüşür, lakin müxtəlif bir formasıdır. Bütün tropik dalğalar subtropik yamacın ekvatorial tərəfi boyunca və ya intertropik yaxınlaşma zonasının şimal və cənubunda yerləşən yüksək təzyiqli kəmər boyunca şərq axınında yaranır. Tropik dalğalar, adətən, ekvatorun yaxınlığında tropik və subtropiklər boyunca şərq küləkləri ilə qərbi istiqamətdə aparılır. Sakit okeanın şimal-şərq və Atlantik okeanın şimal hissələrində tropik siklonun meydana gəlməsinə səbəb ola bilər. Tropik dalğaların öyrənilməsi meteoroloji məlumatların bir xətti olan Hovmöller diaqramına əsaslanır. Tropik dalğa şimal-şərqdən axan çox quru havadır. Çayın xəttindən keçdikdən sonra külək cənub-şərqə dönür, rütubət kəskinləşir və atmosfer sabitləşir. Bəzən şiddətli yağış və göy gurultulu leysan yağışlar yağır. Dalğa qərbə doğru hərəkət edərkən dəhşətli dərəcədə azalır.
Tropik hörümçəyəbənzərlər
Tropik hörümçəyəbənzərlər (lat. Ricinulei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Tropik il
Tropik il (Günəş ili) — fəsillərin dəyişməsinə əsaslanan il. 1 yanvar 2000-ci ildə tropik ilin uzunluğu: 365,2421897 gün, başqa sözlə 365 gün 5 saat 48 dəqiqə 45,19 saniyəyə olaraq hesablanışdır. Hal-hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycanın rəsmi təqvimi olan Qriqori təqvimi tropik ilə əsaslanır.
Tropik iqlim
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Tropik xəstəliklər
Tropik xəstəliklər — tropik və subtropik bölgələrdə üstünlük təşkil edən və ya yalnız orada rast gəlinən yoluxucu xəstəliklər qrupu. Bu xəstəliklər mülayim iqlim olan bölgələrdə nadir halda olur, ilk növbədə həşəratların sayını məhdudlaşdıran soyuq mövsümün olması ilə. Ağcaqanad və milçək kimi həşəratlar çox vaxt xəstəliyin daşıyıcısıdır. Onlar protozoylar, bakteriya və ya virusları insanlara və heyvanlara əksər halda dişləmə yolu ilə ötürüb yayırlar. Tropik meşələrin insanlar tərəfindən öyrənilməsi, meşələrin qırılması, immiqrasiyanın artması və tropik bölgələrə beynəlxalq hava səyahətlərinin və digər turizmin artması qeyri-tropik ölkələrdə belə xəstəliklərin artmasına səbəb olmuşdur. Tropiklərdə müşahidə edilən bir sıra yoluxucu xəstəliklərin (difteriya, qızılca) klinik mənzərəsi mülayim iqlimi olan ölkələr üçün xarakterik olandan əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, tropiklərin patologiyası xəstəliklərin yüksək genişliyi və intensivliyi ilə xarakterizə olunur ki, bu da bu xəstəliklərin patogenlərinin yayılması üçün müstəsna əlverişli təbii şəraitlə bağlıdır. Tropik təbabətin böyük bir hissəsini yoluxucu və parazitar xəstəliklər təşkil edir. Tropik və subtropiklərdə yoluxucu tropik xəstəliklərin yayılması onlar üçün əlverişli təbii şərait kompleksi ilə əlaqədardır. Yalnız isti iqlimdə çoxlu istilik sevən patogenlər (müəyyən bakteriyalar, viruslar, protozoylar, helmintlər), onların aralıq sahibləri (məsələn, tropik mollyusklar "Bullinus tropicalis", şistosomiazda "Physopsis africana"), patogenlərin daşıyıcıları, Lassa qızdırmasının təbii mənbəyi (çət milçəkləri, tropik ağcaqanadlar), fruktoid yarasa — təbii su anbarları, Ebola virusunun yaratdığı xəstəlik və s.
Tropik zirehlisi
Tropik zirehlisi (lat. Atractosteus tropicus) — atractosteus cinsinə aid heyvan növü.
Tropik zona
Tropik meşə Dövlətlərinin Birliyi
Tropik meşə dövlətlərinin Birliyi—( ingiliscə Coalition for Rainforest Nations)hökumətlərarası təşkilatdır. Baş Katiblik Nyu York-da yerləşir. Tropik meşələrin istismarı, bioloji müxtəlifliklərin müdafiəsi və iqlim dəyişikliyi sahəsində forum rolunu oynayır. Koalisiyada iştirak könüllü əsasda həyata keçirilir. Argentina, Beliz, Çili, Kosta Rika, Ekvador, El Salvador, Qvatemala, Hoduras, Paraqvay, Uruqvay kimi Latın Amerikası ölkələri Koalisiyanın fəaliyyətində əməkdaşlıq edirlər.
Oroqrafiyanın siklon və antisiklonlara təsiri
İlk dəfə dağların təzyiqin lokal dəyişməsinə təsirini Kibel vermişdir. Daha sonra bu sahəd Petrenkonun araşdırmaları olmuşdur. Oroqrafik siklogenezə tez-tez cəbhə xəttinin dağ yamacında deformasiyasını misal gətirirlər. Dağların siklonların yaranmasına təsiri ilə yanaşı siklogenez üçün əlverişli tarmobarik sahə olmalıdır. Oroqrafik sikonlar: Skaqerraks siklonu Genua siklonu Karpat siklonu Qara dəniz siklonu Oroqrafik siklonlar Orta və Mərkəzi Asiya, Sibir və Uzaq Şərq üçün xarakterikdir. Oroqrafiyanın təsiri ilə siklonlarda seqmentləşmə müşahidə olunur. Burda 2 variant mümkündür: I variant – siklon yamaca perpendikulyar istiqamətdə hərəkət edir. Küləkdöyən yamacda yeni siklonik mərkəz yaranır. Bu zaman köhnə siklon mərkəz əks yamacda saxlanır. Küləkdöyən yamacda təzyiq qalxır və siklon zamanla dolur.